Əsasnamə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 fevral tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmişdir.

1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə Azərbaycan Respublikası ərazisində patent müvəkkillərinin peşə fəaliyyəti ilə bağlı münasibətləri tənzimləyir.

1.2. Patenl müvəkkillərinin fəaliyyəti Azərbaycan Respublikasının qanunları və bu Əsasnamə ilə tənzimlənir.

1.3. Azərbaycan Respublikası ərazisində daimi yaşayan, Azərbaycan Respublikasının dövlət dilini bilən, ali təhsili olan, patent müvəkkillərinin Dövlət reyestrində qeydiyyata alınan Azərbaycan Respublikasının vətəndaşı patenıt müvəkkili ola bilər.

1.4. Patent müvəkkili patent sahibi və sənaye nıülkiyyəti obyektinin müəllifi ola bilməz.

1.5. Patent müvəkkili öz fəaliyyətində Azərbaycan Respublıkasının Konstitusiyasını, Azərbaycan Respublıkasının qanunlarını, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarını, Azərbaycan Respublikası Prezidentinin Fərmanlarını, Nazirlər Kabinetinin qərarlarını, bu Əsasnaməni və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tutur.

2. Patent müvəkkili ilə vəkalət verən arasında qarşıhqlı münasibətlər

2.1. Patent müvəkkili ilə Azərbaycan Respublikasının və xarici ölkələrin hüquqi və fiziki şəxsləri, iddiaçılar, sənaye mülkiyyəti obyektlərinin sahibləri (bundan sonra - vəkalət verən) arasındakı münasibətlər müqavilə əsasında tənzimlənir. Patent müvəkkilinin səlahiyyəti vəkalət verən tərəfindən ona verilən "Etibarnamə" ilə təsdiq edilir. Patenl müvəkkili yalnız "Etibarnamə"də göstərilən sənaye mülkiyyəti obyektləri çərçivəsində səlahiyyətlərə malik olur.

2.2. Vəkalət verən üzərinə düşən öhdəlikləri yerinə yetirmədikdə və ya Azərbaycan Respubiikasının qüvvədə olan qanunvericilik aktlarına, patent müvəkkilinin peşəkarlıq etikasına qarşı çıxan tələblər irəli sürdükdə, patent müvəkkili müqavilə ilə ondan aldığı tapşırığı yerinə yetirməkdən imtina edə bilər. Vəkalət verənlə patent müvəkkili arasında yaranan mübahisələrə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və patent üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) Apellyasiya Şurasında baxılır. Tərəflər Apellyasiya şurasının qərarı ilə razı olmadıqda məhkəməyə müraciət edə bilərlər.

2.3. Patent müvəkkili müqavilə üzrə tapşırıqları yerinə yetirərkən vəkalət verəndən aldığı informasiyanı məxfi saxlamalıdır.

3. Patent müvəkkilinin fəaliyyəti

3.1. Patent müvəkkili:

- vəkalət verənin tapşırığına əsasən sənaye mülkiyyəti obyektləri üzrə iddia sənədinin tərtibi, verilməsi, müvafiq mühafizə sənədinin alınması, qüvvədə saxlanmasi və digər hüquqi əhəmiyyətli işləri yerinə yetirir;

- sənaye mülkiyyəti obyektləri üzrə hüquqların həyata keçirilməsində, o cümlədən hüiquqların verilməsi, lisenziya nıüqavilələrinin bağlanması məsələlərində vəkalət verəni təmsil edir;

- Komitədə və onun tabeliyində olan təşkilatlarda, məhkəmədə, digər orqanlarda iddiaçı və ya cavabdeh kimi öz səlahiyyətləri çərçivəsində vəkalət verəni təmsil edir;

- sənaye mülkiyyətinin mühafizəsi sahəsində vəkalət verənə məsləhətlər verir.

4. Patent müvəkkilinin hüququ

4.1. Patent müvəkkili aşağıdakı hüquqlara malikdir:

- vəkalət verənə xidmət göstərərkən ondan haqq almaq;

- ona verilən hüquqlar çərçivəsində müvəkkillik işini yerinə yetirməklə bağlı öz adından idarə və təşkilatlardan sənədlər tələb etmək, bu sənədləri və ya onların surətini vəkalət verənə təqdim etmək;

- müəyyən edilmiş qaydaya uyğun patent xidməti üzrə müəssisə yaratmaq və ya hüquqi şəxs olmadan peşə fəaliyyəti ilə məşğul olmaq.

5. Patent müvəkkilinin ixtisas dərəcəsinə olan tələblər

5.1. Patent müvəkkili kimi aşağıdakı şəxslər attestasiya oluna bilər:

- sənaye mülkiyyətinin mühafizəsi sahəsində xüsusi kurs bitirən və ya həmin sahədə ən azı iki il iş stajı olan şəxslər, hüququn tətbiqi və tədrisi sahəsində ən azı iki il iş stajı olan hüquqşünaslar.

- Patent müvəkkili kimi attestasiya olunan şəxslər Komitə tərəfindən müəyyən edilən həcmdə, sənaye mülkiyyəti obyektlərinə görə hüquqların qorunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi və normativ aktları, beynəlxalq müqavilələri üzrə zəruri biliklərə malik olmalıdır.

6. Patent müvəkkilinin attestasiyası və qeydiyyata alınması

6.1. Patent müvəkkili statusu almaq istəyən fiziki şəxs attestasiyadan keçmək üçün Komitəyə ərizə ilə müraciət edir. Ərizəyə ali təhsil haqqında diplomun surəti, Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri haqqında arayış, xüsusi kursu bitirməyə dair sənəd, bu Əsasnamənin 5-ci maddəsinin 2-ci abzasına uyğun iki il iş stajı barədə müvafiq arayış və patent müvəkkillərinin attestasiyası, qeydiyyatı üçün müəyyən edilən ödənişi təsdiqləyən sənəd əlavə olunur. Patent müvəkkili statusu almaq istəyən şəxs sənaye mülkiyyəti obyektlərinin (ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı, coğrafi göstərici və s.) hər hansı biri və ya bir neçəsi sahəsində məhdud fəaliyyət göstərmək niyyətində olduqda onu ərizədə qeyd edir.

6.2. Müəyyən edilmiş tələblərə uyğun sənədləri təqdim edən fiziki şəxsə attestasiyanın tarixi barədə bildiriş göndərilir və o, attestasiya komissiyası qarşısında attestasiyadan keçir. Attestasiya komissiyasının tərkibi və aparılma qaydası Komitə tərəfindən müəyyən edilir. Müəyyən edilən sənədlərdən hər hansı birini təqdim etməyən şəxs attestasiyaya buraxılmır.

6.3. Attestasiya komissiyası patent müvəkkilliyinə namizədi attestasiyadan keçirərkən onun seçdiyi sənaye mülkiyyəti obyektləri sahəsində "məhdud fəaliyyət"lə bağlı ərizəsini də nəzərə alır.

6.4. Attestasiyadan keçən fiziki şəxs, attestasiya komissiyasının qərarına əsasən, qərarın verildiyi tarixdən bir ay ərzində patent müvəkkili kimi patent müvəkkillərinin Dovlət reyestrində qeydiyyata alınır və müəyyən edilmiş ödənişdən sonra ona şəhadətnamə verilir. Patent müvəkkili seçdiyi sənaye mülkiyyəti obyektləri sahəsində məhdud fəaliyyət göstərməli olarsa, bu barədə məlumat Dövlət reyestrinə daxil edilir və şəhadətnamədə qeyd olunur.

6.5. Patent müvəkkilləri üçün şəhadətnamənin forması Komitə tərəfindən müəyyən edilir.

6.6. Patent müvəkkili Dövlət reyestrində qeydə alındığı tarixdən fəaliyyət göstərmək hüququ əldə edir və bu barədə məlumat rəsmi bülletendə dərc olunur. Patent müvəkkilinə olan tələblər patent müvəkkili tərəfindən yerinə yetirilmədikdə və bu sahədə yaranan ziddiyyətlərlə bağlı Apellyasiya şurasına etiraz və şikayətlər daxil olduqda, patent müvəkkili yenidən attestasiyadan keçirilir.

6.7. Apellyasiya şurasına daxil olan etiraz və şikayətlərə Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyə uyğun baxılır. Apellyasiya şurasının qərarından qüvvədə olan qanunvericiliyə uyğun məhkəmə qaydasında şikayət verilə bilər.

7. Patent müvəkkilinin məsuliyyəti

7.1. Patent rnüvəkkili vəkalət verənlə bağladıgı müqaviləni yerinə yetirən zaman müqavilə şərtlərinin pozulduğuna görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun məsuliyyət daşıyır.

7.2. Patent müvəkkili peşə öhdəliyini lazımi səviyyədə yerinə yetirmədikdə, vəkalət verən istənilən hüquqi və ya fiziki şəxs Apellyasiya şurasına şikayət verə bilər. Apellyasiya şurası bu cür şikayətin daxil olması barədə patent müvəkkilinə bildiriş göndərir.

7.3. Apellyasiya şurasına daxil olan şikayətlərə iki ay müddətində baxılır. Komitə Apellyasiya şurasının gəldiyi nəticələrdən asılı olaraq bu Əsasnaməyə uyğun tədbirlər görür.

7.4. Patent müvəkkili üçün qoyulan iələbləri pozan patent müvəkkilinə qarşı aşağıdakı tədbirlər görülür:

- xəbərdarlıq edilir;

- yenidən attestasiya edilir, attestasiyanın nəticəsi qənaətbəxş olmadıqda reyestrdən çıxarılır.

8. Patent müvəkkilinin Dövlət reyestrindən çrxarılması üçün əsas

8.1. Patent müvəkkili aşağıdakı əsaslara görə patent müvəkkillərinin Dövlət reyestrindən çıxarılır:

- patent müvəkkilinin ərizəsi əsasında;

- patent müvəkkilinin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi və ya daimi yaşayış yerinin Azərbaycan Respublikası ərazisindən dəyişməsi;

- vəkalət verənlə müqavilə şərtlərini kobud şəkildə pozması Apellyasiya komissiyası tərəfindən təsdiq olunduğu (vəkalət verən tərəfindən əsaslandırılmış şikayət ərizəsi daxil olarsa) hallarında;

- patent müvəkkili tərəfindən bilərəkdən məzmunu həqiqətə uyğun olmayan sənədlər və məlumatlar verildiyi və ya onların dəyişdirildiyi təsdiq olunarsa;

- sənaye mülkiyyətinin mühafizəsi sahəsində kargüzarlıq işlərini yerinə yetirən zaman Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyini pozduğu hallarda;

- yenidən attestasiyanın nəticələri qənaətbəxş olmadıqda;

- patent müvəkkili vəfat etdikdə.

9. Yekun müddəalar

9.1. Patent müvəkkili müqavilə üzrə vəkalət verənin tapşırıqlarını icra edə bilmədiyi halda o, Azərbaycan Respublikasının mülkü məcəlləsinə müvafiq, həmin müqavilədə göstərilən işlərin icrasını başqa patent müvəkkilinə verə bilər. Patent müvəkkilinin yeni vəkalət verəndən aldığı tapşırıqlar, ondan daha əvvəl müraciət etmiş vəkalət verənin mənafelərinə toxunursa, patent müvəkkili yeni vəkalət verəndən aldığı tapşırıqları yerinə yetirməkdən imtina etməlidir. Işlərin icrasını öz üzərindən götürən patent müvəkkili bu barədə vəkalət verənə bildiriş göndərir.

9.2. Patent müvəkkilinin Dövlət reyestrindən çıxarılması barədə qərar qüvvəyə mindikdən sonra bu barədə məlumat rəsmi bülletendə dərc olunur.

9.3. Patent müvəkkili yaşayış yerini dəyişdiyi halda Dövlət reyestrində müvafiq qeydlər aparmaq üçün Komitəyə məlumat verir.


AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

QƏRAR

Bakı şəhəri, 15 fevral 2000-ci il

Patent müvəkkilləri haqqında Əsasnamənin təsdiq edilməsi haqqında

"Patent haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 755 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Naziriər Kabineti QƏRARA ALIR:

1. "Patent müvəkkilləri haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş Naziri

A.Rasi-zadə