RƏHBƏRLİK

Azpatentin direktoru-Mir Yaqub Mir Abbas oğlu Seyidov

1946-cı ildə Naxçıvan MR Şərur rayonunun Dizə kəndində anadan olmuşdur.1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırki BDU) Kimya fakültəsini bitirmişdir.Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar kimyası institutunda elmi işçi,baş elmi işçi vəzifələrində çalışmış,1990-1993-cü illərdə Naxçıvan Dövlət Universitetində elmi tədqiqat laboratoriyasının müdiri,kimya kafedrasının dosenti olmuşdur. 1993-1996-cı illərdə Dövlət Elm və Texnika Komitəsinin Patent-lisenziya idarəsinin şöbə müdiri,1996-cı ildən isə həmin idarənin rəisi vəzifəsində işləmişdir. 2002-2012-ci illərdə  Standarlaşdırma,Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Patent şöbəsinin müdiri, 22 fevral 2012-ci il tarixindən AzPatent-in direktoru vəzifəsində çalışır. Kimya elmləri üzrə fəlsəfə doktorudur.