Nizamnamə

 

   "Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi (AzPatent)"

 Məhdud Məsuliyyət Cəmiyyətinin

NİZAMNAMƏSİ

1.Ümumi müddəalar

1.1. "Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi (AzPatent)" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - Cəmiyyət) Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi  aktlarına əsasən yaradılır.

1.2.Cəmiyyətin mülkiyyətində ayrıca əmlakı vardır,öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir,öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək,vəzifələr daşımaq,məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.Cəmiyyət müstəqil balansa,təsərrüfat fəaliyyətinin təmin edilməsi məqsədilə istifadəsinə verilmiş dövlət əmlakına,üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri olan möhürə,müvafiq ştamplara,blanklara və banklarda müvafiq hesablara malikdir.Cəmiyyət Azərbaycan Respublikasının Standartlaşdırma,Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyindədir.

1.3.Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır.

1.4.Cəmiyyətin tam adı: "Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi (AzPatent)" Məhdud Məsuliyyətli Cəmiyyəti, qısaldılmış adı : "Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi(AzPatent)" MMC-dir.

1.5.Cəmioyyətin hüquqi ünvanı : Azərbaycan Respublikası,Bakı şəhəri ,Nəsimi rayonu,Mərdanov qardaşları küçəsi, 124.

2.  Cəmiyyətin fəaliyyət istiqamətləri

2.1.  Cəmiyyətin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. ixtira,faydalı model,,sənaye nümunəsina dair iddia sənədlərini qəbul edir,ekspertizasını həyata keçirir,ekspertizanın nəticələri müsbət olduğu halda iddia sənədi üzrə materialların dərcinə dair qərar qəbul edir və Standartlaşdırma,Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim edir;

2.1.2. əmtəə nişanlarının və coğrafi göstəricilərə dair iddia sənədlərini qəbul edir,ekspertizasını aparır,qeydiyyatı və ya qeydiyyatından imtina edilməsi barədə müvafiq qərar qəbul edir və Standartlaşdırma,Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim edir;

2.1.3. ixtira ,faydalı model,sənaye nümunəsi,əmtəə nişanı və coğrafi göstəricilər  barəsində iddia sənədi üzrə hüquqların digər şəxslərə verilməsinə dair müqavilələri ekspertizasını aparır və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görür;

2.1.4. ixtira ,faydalı model,sənaye nümunəsi,əmtəə nişanı və coğrafi göstəricilər üzrə məlumatlar bankının avtomatlaşdırılmış sistemini yaradır və beynəlxalq normalara uyğun onlardan istifadəni həyata keçirir;

2.1.5. ixtira ,faydalı model,sənaye nümunəsi,əmtəə nişanı və coğrafi göstəricilər üzrə ilkinliyi müəyyən edir;

2.1.6. sənaye mülkiyyəti sahəsində sənədlərin vahid formasını işləyib hazırlayır və müəyyən edilmiş qaydalara uyğun qəbul olunması istiqamətində işləri həyata keçirir

2.1.7. sənaye mülkiyyəti sahəsinə aid təlimat və izahatlar işləyib hazırlayır;

2.1.8. patent formunun komplektləşdirilməsi sahəsində zəruri işləri həyata keçirir;

2.1.9. ixtira,faydalı model,sənaye nümunəsi,əmtəə nişanı və coğrafi göstəricilərinə dair iddia sənədləri ilə bağlı informasiyalar sistemini yaradır və onun müntəzəm təkmilləşdirilməsi üçün müvafiq tədbirlər görür;

2.1.10. ixtira,faydalı model,sənaye nümunəsi,əmtəə nişanı və coğrafi göstəriciləri  barədə reyestrə daxil edilmiş məlumatları dərc edir;

2.1.11. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq bürosu tərəfindən Azərbaycan Respublikasına şamil olunmaqla göndərilən iddia sənədləri üzrə ekspertiza aparılmasını təmin edir;

2.1.12. Azərbaycan Respublikasının ərazisində qorunan sənaye mülkiyyəti obyektlərindən qanunsuz istifadə hallarına qarşı zəruri tədbirləri həyata keçirir;

2.1.13. əmtəələrin mənşə yeri adının və coğrafi göstəricilərin müəyyənləşdirilməsi ilə bağlı aidiyyəti orqanlarla birlikdə müvafiq tədbirləri həyata keçirir;

2.1.14. "Sənaye mülkiyyəti" bülletenini,sənaye mülkiyyət obyektləri ilə bağlı materialları,o cümlədən beynəlxalq təşkilatlardan daxil olan materiallar əsasında hazırlanan informasiyaları həmçinin öz fəaliyyət sahəsinə dair digər materialları nəşr edir;

2.1.15. sənaye mülkiyyəti sahəsində müvafiq xidmətlər göstərir;

2.1.16. sənaye mülkiyyəti sahəsi üzrə ixtisaslı kadrların hazırlanması,peşə ixtisasının artırılması üçün zəruri tədbirlər həyata keçirir,bu sahə üçün tədris planı və proqramları,metodiki vəsaitləri işləyib hazırlayır,müvafiq sertifikat vəya şəhadətnamələrin verilməsini təmin edir;

2.1.17. sənaye mülkiyyəti sahəsində xidmətlərə görə haqların tutulmasını təmin edir;

2.1.18. sənaye mülkiyyəti sahəsinin  inkişaf konsepsiyasının və bu sahələr üzrə dövlət proqramlarının layihıləsinin hazırlanmasında iştirak edir,sənaye mülkiyyəti sahəsində  Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiya,saziş və müqavilələrdən irəli gələn  məsələlərin səlahiyyəti daxilində həll olunmasını təmin edir;

2.1.19. sənaye mülkiyyəti sahəsində elmi tədqiqat xarakterli işlərin aparılmasında iştirak edir;

2.1.20. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər ,habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görür;

2.1.21. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını,internet saytının yaradılmasını,malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyasının həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin edir;

2.1.22. sənaye mülkiyyəti sahəsində dövlət orqanları,hüquqi və fiziki şəxslərlə,beynəlxalq təşkilatlarla,xarici hüquqi  şəxslərlə əməkdaşlıq edir;

2.1.23. sənaye mülkiyyəti obyektləri sahəsinə dairnormativ hüquqi aktları layihəsini,metodik və praktik tövsiyələri işləyib hazırlayır;

2.1.24. Cəmiyyətin tabeliyində "Təlim Mərkəzi" yaratmaq və onun fəaliyyətini təşkil edir;

2.1.25.  hüquqi və fiziki şəxslərlə bağlanmış müqavilələr əsasında sənaye mülkiyyəti sahəsi üzrə xidmətlər göstərir;

2.1.26. cəmiyyət tərəfindən həyata keçirilən işlərin,xidmətlərin dəyərinin qarşılıqlı razılaşma(müqavilə) əsasında müəyyən edir;

2.1.27.müvafiq dövlət proqramlarında nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi ilə bağlı özsəlahiyyətləri daxilində müvafiq tədbirlər həyata keçirir;

2.1.28. qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakındansəmərəli istifadə edir;

2.1.29.  digər hüquqi şəxslərlə faydalı kommersiya və elmi-texniki əməkdaşlığın həyata keçirilməsini təmin edir;

2.1.30.  təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar malların (işlərin və xidmətlərin) satın alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada müsabiqələr (tenderlərin)keçirilməsi;

2.1.31. tabeliyində olan qurumların iqtisadi və maliyyə vəziyyətinin təhlil edilməsi və onların fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə tədbirlərin görülməsi;

2.1.32. Cəmiyyətin və tabeliyində olan qurumların mülki müdafiə hazırlığının təmin edilməsi ;

2.1.33. Cəmiyyət öz səlahiyyətlərini həyata keçirmək məqsədi ilə Texniki Şura yaradır.;

2.1.34. Cəmiyyətin fəaliyyət istiqamətləri  üzrə investisiyaların cəlb olunmasının təşkilində iştirak edilməsi;

2.1.35.  Cəmiyyətə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş mənbələrdən (qrantlar,texniki yardımlar,işlərin ggörülməsinə,xidmərlərin göstərilməsinə görə daxilolmalar və sair) Cəmiyyətin sərəncamına daxil olan vəsaitlərin təyinatı üzrə xərclənməsini təmin edir;

2.1.36. Cəmiyyətin əsas məqsədinə uyğun olaraq ,qanunvericilikdə  qadağan edilməyən digər fəaliyyət növləri ilə məşğul olur.

3. Cəmiyyətin nizamnamə kapitalının və təsisçinin nizamnamə kapitalında payının miqradı

3.1. Cəmiyyətin nizamnamə kapitalı 100 (yüz) manat, hər birinin dəyəri 50 (əlli) manat olmaqla 2 ( iki) paydan ibarətdir.

3.2. Cəmiyyətin nizamnamə kapitalında təsisçinin payı aşağıdakı kimi müəyyən edilir:

Dövlətin adından payın mülkiyyətçisi hüquqlarını təmsil edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra təsisçi) - 100%,100 (yüz) manat,2 pay, pul şəklində

3.3. İştirakçının qoyduğu mayaların tərkibi,maya qoyması qaydası və maya qoyulması üzrə öhdəlikləri pozmağa görə məsuliyyət ümumi yığıncağın qərarı ilə müəyyənləşdirilir.

4. Cəmiyyətin idarəetmə orqanları

4.1.Ümumi yığıncaq

4.1.1. Cəmiyyətin ali idarəetmə orqanı iştirakçıların ümumi yığıncağıdır (bundan sonra - " ümumi yığıncaq"

4.1.2. Ümumi yığıncağın müstəsna səlahiyyətlərinə aşağıdakılar aiddir:

  • Cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək ;
  • Cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək;
  • Cəmiyyətin filial və nümayəndəliklərinin açılması haqqında qərar qəbul etmək,fəaliyyətinə xitam vermək,onların əsasnaməlirini təsdiq etmək ;
  • Cəmiyyətə məxsus dövlət əmlakının (daşınmaz və daşınar ) girov qoyulmasına razılıq vermək və bu barədə əqdlərin qeydiyyatını aparmaq ;

4.1.3. Təsisçi bu nizamnamənin 4.1.2.-ci yarımbəndi ilə müəyyənləşdirilmiş Cəmiyyət barəsində həll etdiyi məsələləri Azərbaycan Respublikası Standartlaşdırma ,Metrologiya və Patent üzrə Dövlət Komitəsi nin təklifləri əsasında həyata keçirilir.

4.1.4. Azərbaycan Respublikasının Standartlaşdırma,Metrologiya və Patent üzrə Dövlət Komitəsi cəmiyyətin idarə edilməsi barədə aşağıdakı məsələləri həll edir:

  • Idarəetmə orqanlarının üzvlərini vəsifəyə təyin və azad edir,müvafiq hallarda onlarla əmək müqavilələri bağlayır,onların səlahiyyətlərini müəyyən edir;
  • Illik hesabatlarını ,mənfəətin (zərərin) bölgüsünü təsdiq edir;
  • Inkişaf istiqamətlərini və əməkhaqqı sistemini müəyyən edir,strukturunu təsdiq edir

4.1.5.  Ümumi yığıncaq növbəti və növbədənkənar ola bilər.

4.1.6.  Cəmiyyət bir iştirakçıdan ibarət olduqda Cəmiyyətdə  ümumi yığıncağın səlahiyyətlərinə aid olan məsələlər barəsində qərarlar həmin iştirakçı tərəfindən təkbaşına qəbul edilir və yazılı surətdə rəsmiləşdirilir.

4.1.7. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat- maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq Cəmiyyətin direktoru tərəfindən çağırılır.Ümumi yığıncağın çağırılması tarixinə azı 3(üç) iş günü qalmış iştirakçıya yazılı bildiriş göndərilməlidir.Ümumi yığıncağın çağırılması haqqında bildirişdə Cəmiyyətin adı və olduğu yer,ümumi yığıncağın keçirilmə tarixi,vaxtı,ünvanı,gündəliyi və ümumi yığıncağın gündəliyi üzrə materiallarla tanış olunma qaydası göstərilməlidir.

4.1.8. Növbədənkənar ümumi yığıncaq direktorun öz təşəbbüsü ilə və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə bu nizamnamənin 4.1.7.-ci yarımbəndi ilə müəyyən edilmiş qaydada çağırılır.

4.1.9. Ləğvetmə prosesində olan cəmiyyətin növbədənkənar ümumi yığıncağı ləğvetmə komissiyası tərəfindən bu nizamnamənin 4.1.8.-ci yarımbəndi ilə müəyyən edilmiş qaydada çağırılır.

                      4.2.  Cəmiyyətin icra orqanı

4.2.1.  Cəmiyyətin  fəaliyyətinə cari rəhbərlik təkbaşçı icra orqanı olan direktor tərəfiindən həyata keçirilir.Cəmiyyətin strukturunda direktorun müavin(ləri) ştat vahid(ləri) müəyyən edilə bilər.

 4.2.2. Direktor cəmiyyətin bütün fəaliyyət istiqamətlərinin nəticələrinə görə tam məsuliyyət daşıyır.O, müəssisə adından vəkalətnaməsiz fəaliyyət göstərir,cəmiyyətin operativ idarə edilməsini həyata keçirir,üçüncü şəxslərə olan münasibətdə ,o cümlədən məhkəmədə cəmiyyəti təmsil edir,ümumi yığıncağın təstiqinə dair sənədləri hazırlayır,cəmiyyətin adından əqdlər bağlayır,rəsmi sənədləri imzalayır,cəmiyyətin işçilərini vəzifəyə təyin edir,başqa işə keçirir,vəzifəsindən azad edir,onların vəzifə maaşlarını müəyyən edir,onların barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin görülməsi haqqında əmrlər verir.Qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə ümumi yığıncağın ,müşahidə şurasının və təftiş komissiyasının ( müfəttişin) səlahiyyətlərinə aid edilməyən digər səlahiyyətləri həyata keçirir.

4.2.3. Cəmiyyət Standartlaşdırma,Metrologiya və Patent üzrə Dövlə Komitəsi ilə razılaşmaqla illik maliyyə hesabatının düzgünlüyünü yoxlamaq üçün hər il əmlak mənafeləri ilə cəmiyyətə və ya onun təsisçilərinə bağlı olmayan peşələr auditor cəlb edə bilər.Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir.Auditor yoxlamalarınım aparılması qaydası, maliyyə-təftiş komissiyasının vəzifələri,funksiyaları və səlahiyyətləri,onların işini təşkil edən qaydalar Azərbaycan Respublikasının Qanunverici aktları ilə və ümumi yığıncağın qanunvericilikliyə uyğun olan qərarı ilə tənzimlənir.

                       5. Cəmiyyətin əmlakının yaranması

5.1.  Cəmiyyətin əmlakı qanunvericiliyə uyğun olaraq hüquqi şəxslərə mənsub ola  bilməyən əmlakın ayrı ayrı növləri istisna edilməklə,onun əsas fondlarından və dövriyyə vəsaitlərindən o cümlədən dəyəri Cəmiyyətin müstəqil balansında əks olunan digər dəyərlərdən ibarətdir.

5.2. Cəmiyyətin əmlakının yaranma mənbələri aşağıdakılardır:

  • Təsərrüfat fəaliyyətinin təmin edilməsi məqsədilə istifadəsinə verilmiş dövlət əmlakı;
  • Sərbəst təsərrüfat fəaliyyətindən əldə olunan gəlirlər;
  • Bank və digər kreditlər;
  • Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan digər mənbələr hesabına.

5.3. Cəmiyyətə verilmiş dövlət əmlakı yalnız Cəmiyyətin nizamnamə məqsədlərinə uyğun olaraq istifadə edilir.

5.4. Cəmiyyətin əmlakı tamamilə dövlət mülkiyyətindədir.

5.5. Təsisçinin razılığı olmadan Cəmiyyətin əmlakı (naturada və ya pul şəklində ) üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına bilən yüklülüklər müəyyən edilə bilməz.

                       6. Cəmiyyətin işinin planlaşdırılması ,uçotu və hesabatı

6.1. Cəmiyyət yerinə yetirdiyi işlərə və göstərdiyi xidmətlərə olan təlabatı nəzərə alaraq müstəqil surətdə öz fəaliyyətini planlaşdırır və inkişaf perspektivlərini,eyni zamanda ,istehsal və sosial inkişafın təmin olunmasının zəruriliyini müəyyən edir.

6.2. Cəmiyyət öz fəaliyyətinin nəticələrinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada və formada mühasibat və əməliyyat uçotu,statistik hesabat ,balans tərtib edir.

6.3. Cəmiyyətin maliyyə illin qeydiyyata alındığı  vaxtdan başlayır və həmin ilin 31 dekabrında  başa çatır.Nöbəti maliyyə illəri isə 1 yanvardan başlayır və 31 dekabradək olan dövrü əhatə edir.

                        7. Sıgortalanma

Cəmiyyətin əmlakının,istehsal ,maliyyə və digər riskərinin sığortası onun öz mülahizəsi ilə ,Azərbaycan Respublikasının Qanunvericiliyi ilə məcburi sığorta nəzərdə tutulmazsa həyata keçirilir.

                        8. Vergi qoyma

Cəmiyyət Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən olunmuş vergiləri ödəyir.

                        9. Əmək münasibətləri

9.1.  Cəmiyyətdə işəgötürmə və işdən azadetmə məsələləri ,əmək rejimi,əmək haqqı,kompensasiyalar da daxil olmaqla əmək qanunvericiliyi ilə tənzimlənir.

9.2. Əmək haqqı ,cəmiyyətin işçilərinin sosial təminat məsələləri,məzuniyyətlərin verilməsi onların hər biri ilə bağlanan əmək müqavilələri əsasında qanunvericiliyə uyğun qaydada həll edilir.

                        10. Sosial sığorta və təminat

 Cəmiyyətin işçilərinin sosial sığortası və təminatı Azərbaycan Respublikasının Qanunvericilik  normaları ilə tənzimlənir.

                        11. Cəmiyyətin yenidən təşkili və ləğvi

Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının mülki məcəlləsində və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada həyata keçirilir.

                        12. Digər şərtlər

12.1.  Cəmiyyətin fəaliyyəti ilə əlaqədar olan,lakin bu nizamnamə ilə tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının Qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.

12.2. Nizamnamənin dəyişdirilməsi (nizamnaməədə edilmiş dəyişikliklər (əlavələr)) onun dövlət qeydiyyatından keçdiyi andan qüvvəyə minir.

12.3.Gələcəkdə bu nizamnamənin hər hansı müddəası qanunvericiliklə ziddiyyət edərsə, qanunvericiliyin müddəası tətbiq edilir.