“Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxs Xidmətləri təkmilləşdirir və yeni xidmət növlərini təklif edir

“Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxs xidmətlərin təşkili prosesinin sürətləndirilməsi, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi, sənaye mülkiyyəti obyektlərinə hüquqların verilməsini daha çevik və operativ təmin etmək məqsədilə yeni xidmət növünü təqdim edir.

 Artıq “Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxs eyni zamanda sənaye mülkiyyəti obyektlərinin qiymətləndirilməsi xidmətlərinin göstərilməsini təmin edəcək. Sənaye mülkiyyəti obyektinə (patentə və əmtəə nişanına) qeydə alınan hüquq mülkiyyət hüququdur, qeyri-maddi aktivdir və onun da dəyəri vardır. Odur ki, bu dəyərin qiymətləndirilməsi üçün Patent və Əmtəə Nişanları Mərkəzi Azərbaycan Respublikasında ilk dəfə olaraq mülkiyyətçilərə əlavə xidmətlərin göstərilməsi məqsədilə sənaye mülkiyyəti obyektlərinə olan hüquqların qiymətləndirilməsi xidmətlərinin həyata keçirilməsinə başlayır.                                       

İlkin mərhələdə əmtəə nişanlarına dair hüquqların qiymətləndirilməsi həyata keçiriləcəkdir.

 

Qiymətləndirmə işi üzrə xidmət haqqları

Sıra -si

Xidmətin həcmi

AZN

Xidmətin müddəti

Qiyməti
AZN

1.

Nəticəsiz işlər üzrə

1 iş günü

120,00

2.

10 000,0 qədər

3 iş günündən çox olmamaq şərtilə

360,00

3.

10 000,0-dən 30 000,0-ə qədər

5 iş günündən çox olmamaq şərtilə

600,00

4.

30 000,0-dən 50 000,0-ə qədər

razılaşma yolu ilə

840,00

5.

50 000,0-dən 100 000,0-ə qədər

razılaşma yolu ilə

1080,00

6.

100 000,0-dən 500 000,0-ə qədər

razılaşma yolu ilə

3000,00

7.

500 000,0-dən 1 000 000,0-ə qədər

razılaşma yolu ilə

6000,00

8.

1 000 000,0-dən 5 000 000,0-ə qədər

razılaşma yolu ilə

15000,00

 

9.

5 000 000,0-dan yuxarı

razılaşma yolu ilə

 

razılaşma yolu ilə